İdman

Çempionlar Liqasında hakim təyinatları

Metbuat.az

Çempionlar Liqasının 1/8 final mərhələsininin son dörd cavab qarşılaşması üçün hakimlər təyinatları açıqlanıb.



ANS PRESS-in məlumatına görə, sabah keçiriləcək "Monako" - "Arsenal" matçını norveçli Sven Odvar Moenin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.



Günün digər oyunu - "Atletiko" (Madrid) - "Bayer" (Leverkuzen) maçtı italiyalı Nikola Ritsoliyə həvalə olunub.



Martın 18-də keçiriləcək "Barselona" - "Mançester Siti" matçına italiyalı Canluka Rokki, "Borussiya" (Dortmund) - "Yuventus" görüşünə isə serbiyalı Milorad Maziç təyinat alıb.



Mənbə
ANS PRESS