İdman

Çempionlar Liqası: ilk 1/4 finalçılar kim olacaq?

Metbuat.az
Bu axşam Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Portuqaliyada "Portu" "Bazel"i sınağa çəkəcək. İsveçrədə keçirilən görüşdə 1:1 hesabı qeydə alındığından cütün taleyinə bu axşam aydınlıq gələcək.
 
Madriddə isə "Real" "Şalke"ni qəbul edəcək. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "Kral klubu" bu matça bir qədər rahat çıxacaq. "Şalke" 1/4 finala yüksəlmək üçün bu görüşdə rəqibinə mütləq iki top fərqi ilə qalib gəlməlidir.
 
Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 
10 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə)
(İlk oyun - 1:1)
 
23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya)
(İlk oyun - 2:0)

11 mart

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)
(İlk oyun - 1:1)
 
23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
(İlk oyun - 0:0)

Milli.Az