İdman

Çempionlaq Liqası: “Barsa” və “Real” üçün qisas zamanı - PÜŞKATMA

Metbuat.az

Futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsinin püşkatma mərasimi olub.

APA-nın məlumatına görə, martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərində keçirilən mənzil-qərargahında keçirilən püşkatma rəqibləri bəlli edib.

Püşkün nəticələri belədir:

PSJ (Fransa) – “Barselona” (İspaniya)

“Portu” (Portuqaliya) – Bayern (Almaniya)

“Yuventus” (İtaliya) – “Monako” (Fransa)

“Real” (Madrid) – “Atletiko” (Madrid)

İlk qarşılaşma aprelin 14-15-də, cavab oyunları aprelin 21-22-də keçiriləcək.

Çempionlar Liqasının final oyunu iyunun 6-da Berlin Olimpiya Stadionunda baş tutacaq.