İdman
Mənbə
ANS PRESS
Çempion dilənçilik edir (FOTO)
Qadınlar arasında taekvondo üzrə Rumıniya çempionu Mirela Stefanaçenin İsveçdə dilənçilik edir.
ANS PRESS-in məlumatına görə, idmançı maliyyə böhranları ilə mübarizə aparmaq üçün İsveçdə yaxşı həyat arzusu ilə xəyallar quran minlərlə avropalıdan biridir.
Xəyalının arxasınca İsveçə gəlmiş idmançı iş tapmadığına görə küçədə dilənməyə məcbur olub. Yerli televizya kanallarından birinə verdiyi müsahibəsindən sonra onun hoteldə xadimə kimi işə götürüldüyü məlum olub:
"Həyatım tam dəyişdi. Burada dilənçilik etdiyim günləri heç vaxt unutmayacağam. İsveçdə yeni gələcək qurmaq istəyirəm".
ANS PRESS