İdman

"Cavid Hüseynovu bəzən başa düşə bilmirəm"

Metbuat.az

Milli.Az "Qəbələ"nin müdafiəçisi

Rikardinyo

nun

apasport.az

-a müsahibəsini təqdim edir.



- Topaz Premyer Liqasının XXVI turu çərçivəsində "İnter" üzərində (2:1) qələbə qazanmağınızda hansı amil əsas rol oynadı?

- Çox yaxşı, baxımlı oyun alındı. Biz komanda şəklində düzgün mübarizə apardıq. Bunun da nəticəsi kimi, son dəqiqələrdə də olsa, qələbə qolunu vura bildik.



- Oyunu çox yüksək səviyyədə keçirdiniz. Sizi artıq "Qəbələ"nin önəmli futbolçusu saymaq olar?

- Mən düşünmürəm ki, ən önəmli futbolçuyam. Çünki biz komanda şəklində mübarizə aparırıq. Məndən başqa da önəmli oyunçularımız var. Matçda istədiklərini bəzən həyata keçirə bilirsən, bəzən isə bu alınmır.



- Necə düşünürsüz, "İnter"lə görüşdə səhvsiz oynadınız?

- Şəxsən mən səhvsiz oynamadım. Düzdü, çıxışım uğurlu alındı. Ancaq rəqibin qol vurduğu epizodda bir az tez irəli çıxsaydım, oyundankənar vəziyyət yarana bilərdi.



- Komandaya artıq tam uyğunlaşa bilmisiniz?

- İlk dəfə idi ki, 90 dəqiqə ərzində meydançada oldum. Fikrimcə, pis alınmadı. Amma hələ tam uyğunlaşdığımı deyə bilmərəm. Çünki önümdə oynayan Cavid Hüseynovu bəzən başa düşə bilmirəm. Məsələn, elə epizod olur ki, topu ayağına atmalıyam, bunu bacarmıram. Yəni ona ötürmə verəndə topu nə zaman ayağına, nə zaman boş mövqeyə atmalı olduğumu hələ yaxşı bilmirəm. Bunun üzərində bir az çalışmalıyam.



- Azərbaycana gələn əcnəbilər uzunmüddətli fasilələrə təəccüblənirlər. Siz necə, qarşıdakı fasilənin uzun olmasına təəccüblənmədiniz?

- Açığı, təəccübləndim. Çünki birinci dəfədi ki, belə bir şey görürəm. Bizim ölkədə adətən uzunmüddətli fasilələr mövsümün sonunda olur. Amma belə fasilənin olmasının yaxşı tərəfi də var. Biz də bir az istirahət edə bilirik, ailəmizi görmək imkanımız olur.



- Belə gülərüz olmağınız xasiyyətinizdəndi, yoxsa qələbəyə görə əhvalınız yüksəkdi?

- Mən həmişə həyata yaxşı tərəfdən baxıram. Çox gülərüz olmağımda hər ikisinin rolu var. Özüm pozitiv insanam. Amma qazanılan qələbə də bu pozitivliyin artmasına kömək oldu.



Milli.Az