İdman

“Bülbüllər” kubok matçında qalib gəldi (VİDEO)

Metbuat.az

Türkiyə kubokunda 1/4 final mərhləsinin ilk oyunları davam edir.



ANS PRESS-in məlumatına görə, Türkiyə kubokunda 1/4 final mərhləsinin ilk oyunları çərçivəsində iki qarşılaşma keçirilib.



“Bursaspor” doğma pubilka önündə “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyunda tərəflər sülh bağlayıblar – 1:1.



“Fənərbaxça” isə səfərdə “Mersin İdmanyurdu”nu sınağa çəkib. İstanbul nəhəngi rəqibi minimal hesabla üstələyib – 2:1.



Qeyd edək ki, bu mərhələnin son qarşılaşması bu gün – "Kayserispor"la "Sivasspor" arasında keçiriləcək.




4 mart


Türkiyə kuboku, 1/4 finalın ilk oyunları



"Bursaspor" - "Gənclərbirliyi" - 1:1


Qollar: Çelik, 49 (0:1), Aziz, 59 (1:1)



"Mersin" - "Fənərbaxça"- 1:2


Qollar: Ribas, 44 (0:1), Sou, 45 (0:2), Velliton, 75 (1:2)



Mənbə
ANS PRESS