İdman
ANS PRESS
Bu klublarımız yarımfinalda
Azərbaycan Kuboku uğrunda yarışların 1/4 final mərhələsi başa çatıb.
ANS PRESS-in məlumatına görə, oyunlarda qazanılan nəticələrə əsasən “Neftçi”, “Qarabağ”, “Simurq” və “İnter” yarımfinala vəsiqə qazanıb.
Azərbaycan Kuboku
1/4 final
Cavab oyunları
13 mart
AZAL - Neftçi 0:1
Qol: Julius Vobay, 19.
Bakı - Qarabağ 1:4
Qollar: Mahir Mədətov, 8 - Vüqar Nadirov, 15; 59; 70. Cavid Tağıyev, 57.
Xəzər Lənkəran - İnter 0:3
Qollar: Asif Məmmədov, 24. Arif Daşdəmirov, 74. Əfran İsmayılov, 90.
Simurq - Qəbələ 0:0
Yarımfinalda “Neftçi” “İnter”lə “Qarabağ” isə “Simurq”la münasibətlərini ayırd edəcək. Bu mərhələdə ilk oyunlar aprelin 13-də, cavab oyunları aprelin 21-də keçiriləcək.
MənbəANS PRESS