İdman
Milli.Az
Bu günün qəhrəmanı: Himnimiz onu belə ağlatdı - VİDEO
İstanbulda karateçilərin 50-ci Avropa çempionatının keçirilməsi və yarışda milli komandamızın mükafatlar qazanması barədə
xəbər vermişdik.
75 kq-dək çəki dərəcəsində
Rafael AğayevAvropa çempionatının qalibi adını qazanıb.
O, finalda öz çəkisində ən güclülərdən sayılan almaniyalı Noah Biç üzərində qələbə qazanaraq "Dünya karatesinin brilyantı" olduğunu bir daha sübut edib.
Qeyd edək ki, R.Ağayev zədə səbəbindən 1 il müddətində rəsmi yarışlardan kənar qalmışdı.
Yarışda iştirak edən digər idmançımız
Ayxan Mamıyev(84 kq) isə finalda italiyalı Nello Maestriyə minimal xal fərqi ilə məğlub olaraq çempionatın gümüş mükafatçısı olub.
"Dünya karatesinin brilyantı" Azərbaycanın himni səslənən zaman sevinc göz yaşlarını saxlaya bilməyib.
Milli.Az
xeberle.com-a istinadən həmin anların görüntüsünü təqdim edir:
Milli.Az