Bu gün UEFA Liqasında 8\1 final həyəcanı yaşanacaq
Bakı, 12 mart,
AZƏRTACMartın 12-də UEFA Liqasında 8\1 final mərhələsinin ilk oyunları keçiriləcək. Bu mərhələnin bütün görüşləri eyni gündə oynanılacaq.
Azərbaycan futbol azarkeşlərini “Brügge” (Belçika) – “Beşiktaş” (Türkiyə) qarşılaşması daha çox maraqlandırır. Bundan əvvəl İngiltərənin “Liverpul” klubunu mübarizədən kənarlaşdıran türkiyəli futbolçular ilk oyunu rəqib meydançasında keçirəcəklər. Oyun Bakı vaxtı ilə saat 22-də başlayacaq.
8\1 final mərhələsinin digər oyunlarında “Zenit” (Rusiya) – “Torino” (İtaliya), “Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya), “Volfsburq” (Almaniya) - “İnter” (İtaliya), “Everton” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna), “Fiorentina” (İtaliya) - “Roma” (İtaliya), “Napoli” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya), “Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya) klubları qarşılaşacaqlar.