İdman

Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində V turun 9 oyunu keçiriləcək

Metbuat.az

Bakı. 27 mart. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində V tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 3 qrupda 9 görüş keçiriləcək.


Bunlar arasında daha çox İspaniya - Ukrayna matçı diqqət mərkəzində olacaq. Son 2 Avropa çempionatının qalibi hazırda postsovet məkanı təmsilçisi ilə bərabər sayda - 9 xal toplayıb. Bu komandalar C qrupunda 2-3-cü yerləri bölüşürlər.


Rusiya yığmasının səfərdə Çernoqoriya ilə görüşü də hər iki komanda üçün az əhəmiyyət kəsb etmir. Hazırda hərəyə 5 xala malik rəqiblər G qrupunda 3-4-cü yerləri bölüşdürürlər.


AVRO-2016. Seçmə mərhələ
27 mart
C qrupu
Makedoniya - Belarus
Baş hakim:

Entoni Teylor (İngiltərə)


Skopye. II Filipp stadionu


Slovakiya - Lüksemburq
Baş hakim:

Stefan Ştuder (İsveçrə)


Jilina. "Jilina" stadionu


İspaniya - Ukrayna
Baş hakim:

Cüneyt Çakır (Türkiyə)


Sevilya. "Ramon Sançes Pizxuan" stadionu


Xal durumu:

Slovakiya - 12, İspaniya, Ukrayna - hərəyə 9, Makedoniya - 3, Belarus - 1, Lüksemburq - 1.


E qrupu
İngiltərə - Litva
Baş hakim:

Pavel Kralovets (Çexiya)


London, "Uembli" stadionu


Sloveniya - San Marino
Baş hakim:

Oliver Draxta (Avstriya)


Lyublyana, "Stojitse" stadionu


İsveçrə - Estoniya
Baş hakim:

Denni Makkelli (Hollandiya)


Lütsern, "Svissporarena" stadionu


Xal durumu:

İngiltərə - 12, Sloveniya, İsveçrə, Litva - hərəyə 6, Estoniya - 4, San Marino - 1.


G qrupu
Lixtenşteyn - Avstriya
Baş hakim:

Feliks Tsvayer (Almaniya)


Vaduts, "Reynpark" stadionu


Moldova - İsveç
Baş hakim:

İvan Bebek (Xorvatiya)


Kişinyov, "Zimbru" stadionu


Çernoqoriya - Rusiya
Baş hakim:

Dəniz Aytəkin (Almaniya)


Podqoritsa, "Qradski" stadionu


Xal durumu:

Avstriya - 10, İsveç - 6, Rusiya, Çernoqoriya - hərəyə 5, Lixtenşteyn - 4, Moldova - 1.


Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.