Bu gecə həyəcan başlayır
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam etdiriləcək. ANS PRESS-in məlumatına görə, bu gecə iki qarşılaşma baş tutacaq.
"Atletiko" "Bayer"i qəbul edəcək. Madrid klubu səfərdə bu komandaya 0:1 hesabı ilə uduzub. Matçı italiyalı FIFA referisi Nikola Rizzoli idarə edəcək.
Günün digər oyununda isə "Monako" "Arsenal"ı sınağa çəkəcək. Fransa klubu Londonda baş tutan ilk oyunda 3:1 hesablı qələbə qazanıb. Görüşü norveçli Svein Oddvar Moen idarə edəcək.
Qeyd edək ki, "Real" (İspaniya), "Bavariya" (Almaniya), PSJ (Fransa) və "Portu" (Portuqaliya) 1/4 finala çıхıb. Qalan iki vəsiqənin sahibi sabah müəyyənləşəcək. "Barselona" (İspaniya) "Mançester Siti"ni (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya) isə "Yuventus"u (İtaliya) sınağa çəkəcək.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
17 mart
23.45 Atletiko (İspaniya) - Bayer (Almaniya)
Hakimlər: Nikola Rizzoli, Mauro Tonolini, Lorenzo Manyanelli, Alessandro Kostanzo (İtaliya).
Əlavə köməkçi hakimlər: Luka Banti, Antonio Damato (İtaliya).
İlk oyun - 0:1.
Madrid. "Visente Kalderon" stadionu.
23.45 Monako (Fransa) - Arsenal (İngiltərə)
Hakimlər: Svein Oddvar Moen, Kim Tomas Haqlund, Frank Andas, Sven Erik Midtyell (Norveç).
Əlavə köməkçi hakimlər: Ken Henri Yohnsen, Svein-Erik Edvartsen (Norveç).
İlk oyun - 3:1.
Monako. II Luis stadionu.
MənbəANS PRESS