İdman

"Borussiya" və "Bayer" 1/4 finalda

Metbuat.az
Almaniya Kubokunda 1/8 final mərhələsinə start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

“Bayer” öz meydanında “Kayzerslautern”ə qalib gəlib – 2:0.

“Hoffenhaym” səfərdə “Aalen”i üstələyib - 2:0.

Dortmund “Borussiya”sı səfərdə “Drezden”dən üstün olub – 2:0.

“Frayburq” doğma meydanda “Köln”ü 2:1 hesabı ilə məğlub edərək adını 1/4 finala yazdırıb.
 
3 mart

Almaniya Kuboku, 1/8 final

“Bayer” – “Kayzerslautern” - 2:0
Qollar:
Çalhanoğlu, 102, Kisslinq, 113

“Aalen” – “Hoffenhaym” – 0:2
Qollar:
Polanski, 16; Folland, 56

“Drezden” – “Borussiya” - 0:2
Qollar:
İmmobile, 50; 90

“Frayburq” – “Köln” - 2:1
Qollar:
Udja, 18-avtoqol (1:0), Darida, 19 (2:0), Deyverson Brum, 89 (2:1)

Milli.Az