İdman

Boksçumuza uduzan ermənidən erməniyə yaraşan hərəkət

Metbuat.az

AİBA erməni boksçu Samvel Barseqyanı azərbaycanlı Elvin İsayevə məğlub olduqdan sonra etdiyi hoqqabazlığa görə Olimpiya oyunları-2016-dan kənarda qoymağı planlaşdırır.



ANS PRESS-in məlumatına görə, "Stranc" beynəlxalq turnirinin finalında həmyerlimizə məğlub olan Barseqyan təltifetmə mərasimində boynundan asılan gümüş medalı yerə çırpıb.



Erməni boksçunun fikrincə, hakimlər ona qarşı ədalətsiz qərar qəbul ediblər və onun qalib gəldiyi döyüşdə İsayevin əlini qaldırıblar.



AİBA erməninin bu hərəkətini diqqətdən kənarda qoymayıb. Ermənistan Boks Federasiyasına məktub ünvanlayan ali boks qurumu Barseqyanı Olimpiya oyunlarına buraxmaq niyyətində olmadığı haqda məlumatlandırıb.

Mənbə
ANS PRESS