İdman

"Bizim öz oyun üslubumuz var"

Metbuat.az

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də millimizlə qarşılaşacaq Malta yığmasının baş məşqçisi Pyetro Qedin mətbuat konfransı keçirib.



ANS PRESS-in məlumatına görə, italiyalı mütəxəssis Bakıdakı oyun haqda da fikirlərini bildirib:



"Bizim öz oyun üslubumuz var. Gürcüstan yığmasına qarşı görüşdə ənənəvi oyunumuzu sərgiləməliyik. Azərbaycanla qarışılaşmanı da düşünməliyik".



Pyetro Qedin zədəli oyunçuları barəsində də danışıb: "Hazırda 4 zədəli futbolçumuz var. Ümüd edirəm ki, onlar Azərbaycanla oyuna qədər sağalacaq".



Qeyd edək ki, bu gün Tiflisdə keçirilən Gürcüstan – Malta oyunu meydan sahiblərinin 2:0 qələbəsi ilə yekunlaşıb.

Mənbə
ANS PRESS