İdman

Bişkekdə “Novruz-2015” beynəlxalq basketbol turniri start götürüb

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

Martın 17-də Qırğızıstanın paytaxtı Bişkekdəki Kojomkula adına idman sarayında basketbol üzrə ənənəvi “Novruz-2015” beynəlxalq turniri başlayıb.


AZƏRTAC

xəbər verir ki, yarışda Azərbaycan milli komandası ilə yanaşı, Özbəkistan millisi, “Universitet” (Özbəkistan), “Kapşaqay”, “Kaspiy” (hər ikisi Qazaxıstan) və yerli “Tullar SKİF” komandaları mübarizə aparır.


Turnirin dördqat qalibi Azərbaycan millisi ilk görüşünü “Kapşaqay” komandasına qarşı keçirəcək.


Yarışa martın 21-də yekun vurulacaq.