İdman

Beynəlxalq Olimpiya Komitəsi fransalı idmançıların həlak olması ilə bağlı matəm elan edib

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi martın 9-dan 10-a keçən gecə Argentinanın şimalında iki helikopterin qəzaya uğraması nəticəsində həlak olmuş fransalı idmançılarla əlaqədar matəm elan edib.


AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, Argentinanın La-Rioxa əyalətində səmada iki helikopter qəzaya uğrayıb, 10 nəfər, o cümlədən səkkiz Fransa vətəndaşı və iki argentinalı pilot həlak olub. 2012-ci il Olimpiya Oyunlarının üzgüçülük üzrə çempionu Kamil Myuffa, 2008-ci il Oyunlarının bürünc mükafatçısı boksçu Aleksis Vasten və 57 yaşlı tanınmış yaxtaçı Florans Arto həlak olanlar arasındadır.


Fransalı idmançılar Buenos-Ayresin 1100 kilometrliyində yerləşən Villya-Kastelli adlanan yerdə çətin şəraitdə salamat qalmaq haqqında realiti-şounun çəkilişlərində iştirak ediblər. Helikopterlər havaya qalxandan bir az sonra toqquşub.