"Bavariya" qol "maşın"ını itirdi
“Bavariya” aparıcı futbolçusu
Aryen Robbeni itirib. Milli.Az
apasport.az-a istinadən xəbər verir ki, Almaniya Bundesliqasının XXVI turu çərçivəsində Mönhenqladbax “Borussiya”sı ilə görüşdə zədələnən hollandiyalı futbolçunun durumuna aydınlıq gəlib.
Qarşılaşmanın 24-cü dəqiqəsində zədələnərək əvəzlənən Robbenin qarın əzələsinin cırıldığı üzə çıxıb. Həkimlər onun təxminən 6 həftə komandadan ayrı qalacağını açıqlayıblar. Bu isə o deməkdir ki, Robben Bundesliqa oyunları ilə yanaşı, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Porto” ilə hər iki qarşılaşmanı buraxacaq. Onun, ümumiyyətlə, mövsümün qalan hissəsində iştirakı sual altındadır.
Qeyd edək ki, “Bavariya” öz meydanında “Borussiya”ya 0:2 hesabı ilə məğlub olmuşdu. Robben isə hazırda 17 qolla Bundesliqanın ən məhsuldar ikinci futbolçusudur.
Milli.Az