İdman

"Bavariya"nın kapitanı "Porto"u təriflədi

Metbuat.az

"Püşk daha çətin komandanı bizə rəqib edə də bilərdi. Lakin bu o demək deyil ki, "Porto" zəifdi. Onlar 1/4 finala qədər inamla irəliləyiblər".

 
Milli.Az apasport.az-a istinadən bildirir ki, bu sözləri Almaniyanın "Bavariya" klubunun kapitanı Filipp Lam deyib.

Təcrübəli futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində "Porto" ilə keçirəcəkləri oyunları dəyərləndirib. Lam rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Porto" öz səviyyəsini nümayiş etdirməyi bacarıb.

Birinci oyunda yaxşı nəticəyə imza atmalıyıq. Müasir futbolda ilk matçı evdə, yoxsa səfərdə keçirməyinin heç bir fərqi yoxdu. "Porto" çox texnikalı komandadı.

Rəqib təkcə müdafiə olunmağı yox, həm də hücuma keçməyi, oyuna nəzarəti ələ almağı yaxşı bacarır. İstənilən halda, hər şey özümüzdən asılıdı. Çünki topa daha çox biz sahib olacağıq".
 
Milli.Az