İdman

Baş katib yığmanın üzvləri ilə görüşdü

Metbuat.az

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.



ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, E.Məmmədov Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.



Qeyd edək ki, yığmamız Avropa çempionatının elit-raund mərhələsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq.



Yığmamızın mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda təşkil olunacaq.

Mənbə
ANS PRESS