İdman

"Barselona" darmadağınla zirvəni ələ keçirdi - FOTO

Metbuat.az

İspaniya La Liqasında XXVI turun oyunları davam edir.

Apasport.az

saytının məlumatına görə, açılış matçında “Levante” “Eybar”ı qəbul edib.


 


Hesabda geri düşən meydan sahibləri əzmkar qələbə qazanıblar – 2:1.


 


Lider “Real” səfərdə Kral kubokunun finalçısı “Atletik”in qonağı olub. Matçın 26-cı dəqiqəsində

Arits Aduris

in vurduğu yeganə qol Bilbao təmsilçisinə 3 xal qazandırıb.


 


“Kral klubu”nun məğlubiyyəti isə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Barselona” üçün əla şans olub. Kataloniyalılar “Kamp-Nou”da orta sıralarda yer alan “Rayo Valyekano”nu sınağa çəkiblər.

Luis Enrike

nin yetirmələri

Suares

in dublu,

Pike

nin bir qolu və

Messi

nin het-triki ilə zirvəni ələ keçiriblər.


 


Turun mərkəzi oyunu “Atletiko” ilə “Valensiya” arasında baş tutacaq.


 


Yekun matçında isə autsayder “Kordoba” doğma divarlar arasında “Xetafe” ilə üz-üzə gələcək.


 


 


İspaniya La Liqası
XXVI tur

06 mart

“Levante” – “Eybar” - 2:1

Qollar: Barral, 65, Uçe, 68 - Berjon, 55


 


07 mart

“Deportivo” – “Sevilya” - 3:4

Qollar: Ryera, 28; 72, Peres, 90+3 – Vitolo, 33; 52, Qameyro, 65-pen, Sidney, 83-avtoqol


 


“Atletik” – “Real” - 1:0

Qol: Aduris, 26


 


“Elçe” – “Almeriya” - 1:0

Qol: Rodriqes, 6


 


“Qranada” – “Malaqa” - 1:0

Qol: Kamaço, 57-avtoqol


 


08 mart

“Barselona” – “Rayo Valyekano” - 6:1

Qollar: Suares, 5; 90+1, Pike, 49, Messi, 56-pen, 63; 68 - Bueno, 80-pen


 


20:00. “Real Sosyedad” – “Espanyol”


22:00. “Vilyarreal” – “Selta”


00:00. “Atletiko” – “Valensiya”


 
09 mart


23:45. “Kordoba” – “Xetafe”



Milli.Az