İdman
Milli.Az
"Barselona" "Argentina klanı" yığır?
“Mançester Yunayted”in argentinalı futbolçusu
Anxel Di Mariyamövsümün sonunda klubunu dəyişməyə çox yaxındır.
Apasport.azsaytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin uğrunda mübarizə gedir.
Məsələ burasındadır ki, “Barselona” və PSJ klubları Di Mariya ilə yaxından maraqlanırlar. Həm ispanlar, həm də fransızlar dünya çempionatının gümüş mükafatçısına görə 47 milyon funt-sterlinq xərcləməyə hazırdılar. Hələ ki, Di Mariya ona ünvanlanan təkliflərlə bağlı açıqlama verməyib.
Qeyd edək ki, təcrübəli futbolçu “Mançester Yunayted”ə ötən il “Real”dan 60 milyon avro qarşılığında keçib. “Mankunianlar”ın heyətində ümumilikdə 21 oyunda iştirak edən Di Mariya 4 qola imza atıb.
Milli.Az