İdman

“Baku Fires” kollektivi ilə “Caciques Venezuela” komandası arasında görüş başlayıb

Metbuat.az

Quba, 14 mart, Elxan Yusifli,

AZƏRTAC

Quba Olimpiya İdman Kompleksində Azərbaycanın “Baku Fires” kollektivi ilə Venesuelanın “Caciques Venezuela” komandası arasında görüş başlayıb.


AZƏRTAC

xəbər verir ki, Dünya Boks Seriyası (WSB) Liqasının 9-cu turu çərçivəsində keçirilən qarşılaşmanın ilk döyüşündə Cavid Dadaşov (49 kq, “Baku Fires”) və Martinez Kordova (“Caciques Venezuela”) üz-üzə gəlir. Cavid Dadaşov Venesuela klubu ilə qarşılaşmada komandamızın heyətində debüt edir.


Növbəti döyüşlərdə Məhəmməd Qurbanov (56 kq) Villaviçenzio Rodrigeslə, Heybətulla Hacəliyev (64 kq) Arkon Diasla, Jaba Xositaşvili (75 kq) Barrera Korbajla, Əbdülqədir Abdullayev (91 kq) isə Villi Kyakone ilə qarşılaşacaqlar.


Qeyd edək ki, komandamız səfərdə keçirilən qarşılaşmada “Caciques Venezuela” klubuna 2:3 hesabı ilə məğlub olub.