İdman

“Baku Fires” boks komandası WSB Liqasında növbəti qələbəsini qazanıb

Metbuat.az

Bakı, 29 mart,

AZƏRTAC

Azərbaycanın “Baku Fires” klubu Dünya Boks Seriyası (WSB) Liqasının 11-cu turunda Polşanın Qdansk şəhərində “Rafako Hussars Poland” komandası ilə qarşılaşıb.


AZƏRTAC

xəbər verir ki, görüş komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bakı təmsilçisinin heyətində Məhəmməd Qurbanov (56 kq), Heybətulla Hacəliyev (64 kq) və Abdulqadir Abdullayev (91 kq) rinqdən qalib ayrılıblar.


Bu görüşdə idmançıların fərdi reytinqi baxımından üç qarşılaşma komandamız üçün böyük önəm daşıyırdı. Məhəmməd Qurbanov rəqibini məğlub edərək reytinqdə birinci sıradakı mövqeyini möhkəmləndirib. Heybətulla Hacəliyev isə bu qələbədən sonra reytinqdə ikinci pilləyə yüksəlib. Abdulqadir Abdullayev bu dəfə də nokautla qələbə qazanıb tərk edib. Estoniyalı Rain Karlson boksçumuzun zərbələri qarşısında davam gətirə bilməyib.


“Baku Fires” növbəti görüşünü aprelin 11-də Quba Olimpiya İdman Kompleksində “USA Knockouts” komandasına qarşı keçirəcək.