İdman
AZƏRTAC
Bakının “Rabitə” voleybol klubu CEV kuboku yarışlarının yarımfinalında Krasnodarın “Dinamo” komandası ilə qarşılaşacaq
Bakı, 13 mart,
AZƏRTACBakının qadınlardan ibarət “Rabitə” voleybol klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan çempionu Rusiya kubokunun sahibi Krasnodarın “Dinamo” komandası ilə qarşılaşacaq. Rusiya təmsilçisi turnirin “Çelenc raund” mərhələsində Fransanın “Nant” kollektivini yarışdan kənarlaşdırıb. “Rabitə” isə bu mərhələdə digər Fransa klubu “Beziers”dən üstün olub.
Komandalar arasında ilk oyun martın 24-də Krasnodarda, cavab görüşü isə martın 28-də Bakıda təşkil olunacaq.