İdman

Bakının “Rabitə” komandası CEV kuboku yarışlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Metbuat.az

Bakı, 12 mart, Səxavət Quliyev,

AZƏRTAC

Martın 12-də Bakının qadınlardan ibarət “Rabitə” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının “Çelenc raund” mərhələsinin cavab görüşünü keçirib.


AZƏRTAC

xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan çempionu “Rabitə” komandası Fransanın “Beziers” klubunu qəbul edib. Kiprli baş hakim Nikos Evgeniounun idarə etdiyi oyun “Rabitə”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Komandalar arasında Fransada təşkil olunan ilk oyunda da Bakı təmsilçisi rəqibini məğlub etmişdi – 3:1. İki oyunun nəticəsinə görə, “Rabitə” komandası CEV kuboku yarışlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.