İdman

Bakılı idmançılar reytinqdə birincidirlər

Metbuat.az

Ümumdünya Boks Seriyası (WSB) 10-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. Milli.Az

azerisport.az

-a istinadən xəbər verir ki, “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə 1-ci yeri tutur.



56 kq çəki dərəcəsində mübarizə aparan

Məhəmməd Qurbanov

4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi amerikalı

Fransisko Martinez

in 19 xalı var. Siyahıda 3-cü yeri irlandiyalı

Maykl Konlan

tutur.



Albert Səlimov

da fərdi reytinqdə 1-ci yeri tutur. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı

Lazaro Estrada

(22 xal) və əlcəzairli

Reda Benbazizi

(18 xal) qabaqlayır.



Heybətulla Hacəliyev

(64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini qoruyub. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi

Vinçenzo Maniaqapre

eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadır. Meksikalı

Raul Qarsiya

19 xalla 3-cüdür.



69 kq çəki dərəcəsində yarışan

Pərviz Bağırov

“Astana Arlans”la qarşılaşmada Qazaxıstan boksçusuna uduzaraq, lisenziya qazanmaq şansını çətinə salıb. Boksçumuz reytinqdə 4-cü sırada olsa da, o, lider

Rəcəb Butayev

dən (Rusiya) 9 xal geri qalır.



4 qarşılaşmadan sonra 20 xal toplayan

Abdulqadir Abdullayev

(91 kq) hələ ki fərdi reytinqdə 4-cü yeri tutur. Qazaxıstan boksçusu

Vasili Levit

bu çəkidə liderdir. O, 5 görüşdən sonra 23 xal qazanıb. Kuba təmsilçisi Erislandi Savon 2-ci, polşalı

İqor Yakubovski

isə 3-cü yeri tutur.



Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədir. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan

Filip Hrqoviç

başçılıq edir. Böyük Britaniya təmsilçisi

Cozef Coys

2-ci yerdədir.



Xatırladaq ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.



Milli.Az