İdman
AZƏRTAC
Bakıda UEFA-nın inkişaf turniri keçirilcək
Bakı, 31 mart, Səxavət Quliyev,
AZƏRTACAprelin 10-dan 19-dək Bakıda futbol üzrə 16 yaşadək qızlardan və oğlanlardan ibarət komandaların iştirakı ilə UEFA-nın inkişaf turniri keçiriləcək.
AZƏRTAC
xəbər verir ki, hər iki turnirdə Azərbaycan millisi ilə yanaşı, Yunanıstan, Gürcüstan və Qazaxıstan yığmaları mübarizə aparacaq.
Oyunlar “Dalğa Arena” və Bayıl stadionunda keçiriləcək.