İdman
AZƏRTAC
Bakıda gimnastika üzrə açıq Azərbaycan çempionatı keçirilir
Bakı, 4 mart,
AZƏRTAC, Raisə Abbasova
Martın 4-də Bakıda test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının yarışlarına start verilib.
AZƏRTAC
xəbər verir ki, çempionatda 22 ölkədən idmançılar iştirak edir. Onların arasında ABŞ və Qazaxıstan idmançıları da yer alırlar. Açıq çempionatın birinci günündə gimnastikanın çoxnövcülük üzrə yarışları keçirilir.
Çempionat martın 6-dək davam edəcək.