İdman
ANS PRESS
"Bakı", "Xəzər Lənkəran" və "Sumqayıt" məğlub oldu
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir.
ANS PRESS-in məlumatına görə, "Bakı" doğma meydanda "Simurq"u qəbul edib. Paytaxtın klubu növbəti dəfə 0:3 hesabı ilə məğlub olub. “Qarabağ” isə “Sumqayıt”ın qonağı olub. Ağdam təmsilçisi Reynaldonun dublu sayəsində 1:2 hesablı qələbə qazanıb.
Son vaxtlar baxımlı oyun sərgiləyən AZAL “Xəzər Lənkəran”ı sınağa çəkib. Oyunda hesabı qonaqlar açsa da, "təyyarəçilər" rəqib qapısından 3 top keçirə biliblər. Nəticədə oyun 3:1 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.
Tura bu gün “İnter” - “Qəbələ” oyunu ilə yekun vurulacaq.
MənbəANS PRESS