İdman

Bakı Olimpiya Stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb

Metbuat.az

Bakı, 7 mart,

AZƏRTAC

2012-ci ilin dekabrında tikintisinə başlanılmış Bakı Olimpiya  Stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib. Obyekt Gənclər və İdman Nazirliyi tərəfindən podratçıdan təhvil alınıb.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, Bakı Olimpiya Stadionun sifarişçisi Azərbaycan Respublikası Gənclər və      İdman Nazirliyi, baş podratçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, subpodratçı isə “Tekfen İnşaat və Təsisat A.Ş” olub. Prosedura uyğun şəkildə layihə sənədləri hazırlanıb və müvafiq qaydada ekspertizadan keçirilib.


Stadionun tikintisi cədvəl əsasında vaxtında aparılıb. Obyektin  müvafiq təşkilatlar tərəfindən yoxlanılması işləri aparılıb və tikinti  norma və qaydalarına, layihə sənədlərinə uyğun inşası barədə rəy verilib.


Qeyd edilən sənədləşmə işləri başa çatdıqdan sonra obyektin istismarına aidiyyəti qurum tərəfindən müvafiq qaydada icazə verilib.  


Qeyd edək ki, cari il iyunun 12-dən 28-dək Bakıda ilk dəfə olaraq təşkil ediləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu məkanda keçiriləcək.