İdman

Bakı klubunun gözəlindən nəfəs kəsən FOTOLAR

Metbuat.az

Bakının “Lokomotiv” voleybol kubunun idmançısı Evangeliya Çantava həm də xarici görünüşü ilə diqqət çəkir. ANS PRESS-in məlumatına görə, yunan gözəlin yeni nəfəskəsən fotoları yayılıb.



Evangeliya Çantava Yunanıstan mətbuatına müsahibə verib. 25 yaşlı hücumçu həmyerlilərinə Azərbaycandan və Bakı klubundan danışıb, burada günlərinin necə keçdiyini açıqlayıb.



“Bakıda olmağımdan çox şadam. Dünyanın ən güclü voleybol klublarından birinin heyətindəyəm. Bu komanda məndə xoş təəssüratlar yaradır. Buradakı rejimimizi məşq prosesinə uyğun qururuq. Hər hazırlıqdan evə gəldikdə özüm üçün yeni bir şey öyrənirəm. Azərbaycanda kəşf etdiklərim isə məni daha da kamilləşdirir”- deyə Çantava bildirib.



Çantava Yunanıstan mətbuatına bildirib ki, Azərbaycan paytaxtı barədə yalnız xoş sözlər deyə bilər: “Bakı ilk andan mənə çox yaxşı təsir bağışladı. Çox gözəl şəhərdir. İnsanlar çox mehribandır”.



















Mənbə
ANS PRESS