İdman
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin yandırılacağı vaxt müəyyənləşib
Bakı, 31 mart,
AZƏRTAC“Baki-2015” ilk Avropa Oyunlarının məşəlinin yandırılacağı vaxt müəyyənləşib.
Gənclər və idman naziri Azad Rəhimov
AZƏRTAC-a bildirib ki, məşəl aprelin 26-da yandırılacaq.
Nazir qeyd edib ki, məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcək.
Azad Rəhimov deyib ki, Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.