İdman

“Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalır

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

“Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalır.


AZƏRTAC

xəbər verir ki, bununla bağlı martın 4-də “Fairmont Baku” mehmanxanasında təşkil ediləcək tədbirdə birinci Avropa Oyunlarının medalları nümayiş olunacaq və bilet proqramına edilən yeniliklər barədə məlumat veriləcək.


Qeyd edək ki, bu il iyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil olunub. On yeddi gün ərzində Avropadan 6 mindən çox idmançı yarışların mükafatları uğrunda mübarizə aparacaq. Həmçinin yarışlarda idmanın 12 növü üzrə 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq.