İdman

​"Bakı 2015" Hindistanda da yayımlanacaq

Metbuat.az

Bakı. 18 mart. REPORT.AZ/ "

Bakı 2015

" I Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək Oyunların Hindistanda yayımlanması üçün NEO Sports şəbəkəsi ilə sazişə imza atıb. "Report"un məlumatına görə, sazişə əsasən, "Bakı 2015" I Avropa Oyunları "NEO Sports" və "NEO Prime" kanalları vasitəsilə bütün ölkəyə yayımlanacaq.


Oyunlarla bağlı gündəlik xəbərlər və yarışlardan ən maraqlı anların lentə alındığı video-materiallar maksimum sayda tamaşaçının televiziyanı seyr etdiyi vaxtda nümayiş etdiriləcək. Avropa Oyunları kanallar və şəbəkənin veb-saytı vasitəsilə təbliğ olunacaq. Açılış və Bağlanış mərasimləri də canlı yayımlanacaq.


NEO Sports şəbəkəsi beynəlxalq idman yarışlarını, o cümlədən, müxtəlif tennis turnirlərini, Almaniya Bundesliqasını, “PGA Tour” qolf turnirlərini və digərlərini yayımlamaq hüququna malikdir.


Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi bu sazişin bağlanması ilə Avropa Oyunlarının Birləşmiş Ştatlar, Çin və Ərəb dünyası da daxil olmaqla dünyanın 55 ölkəsində yayımlanacağını elan edib.