İdman

Bakı-2015: Finlandiya Azərbaycanla oyuna yeni baş məşqçi ilə çıxacaq

Metbuat.az

[ 29 Mart 2015 11:45 ]



Bakı – APA. Kişi voleybolçulardan ibarət Finlandiya millisi Azərbaycana yeni baş məşqçi ilə gələcək. Apasport.az saytının məlumatına görə, “suomilər” Bakıda keçiriləcək I Avropa Oyunlarında Lauri Hakalanın rəhbərliyi altında çıxış edəcəklər.

Sloveniya millisində köməkçi-məşqçi işləmiş 32 yaşlı mütəxəssis bildirib ki, Bakı-2015 komandası üçün əvəzedilməz təcrübə olacaq: “Avropa Oyunları yeni oyunçularımızın bacarıqlarını göstərməsi baxımından mükəmməl imkandı. Bu, hər kəs üçün yaddaqalan təcrübə olacaq”.

A qrupunda Azərbaycan, Serbiya, Polşa, Fransa və Türkiyə ilə mübarizə aparacaq finlərin baş məşqçisi ölkəmizə gətirəcəyi heyəti mayın 4-də açıqlayacağını da deyib.