İdman
AZƏRTAC
“Bakı-2015” Avropa Oyunlarının Dopinq Yoxlama Proqramı Azərbaycanın Anti-dopinq Agentliyi ilə sıx əməkdaşlıq edir
Bakı, 25 mart,
AZƏRTAC“Bakı-2015” Avropa Oyunlarının Dopinq Yoxlama Proqramı Azərbaycanın Anti-dopinq Agentliyi ilə sıx əməkdaşlıq edir.
AZƏRTAC
xəbər verir ki, agentliyin nümayəndələri “Bakı-2015”ə hazırlıq məqsədilə Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində keçirilən bir günlük təlim proqramında iştirak ediblər.
BEGOC-un Tibb və anti-dopinq departamentinin rəhbəri Pam Venninq təlimin olduqca səmərəli keçdiyini bildirib. “Biz güclü iş əlaqələri qurduq və Avropa Oyunları zamanı birgə əməkdaşlıq yollarından danışdıq”, - deyə o əlavə edib.