İdman

“Azəryol” voleybol komandası “Lokomotiv”ə qalib gəlib

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XVI turun oyunu keçirilib.


AZƏRTAC

xəbər verir ki, günün yeganə qarşılaşması Voleybol Mərkəzində “Lokomotiv” və “Azəryol” komandaları arasında təşkil olunub.


Görüş “Azəryol”un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu asan qələbə ilə “Azəryol” turnir cədvəlində 2-ci pilləni ələ keçirib. Komanda “Rabitə” ilə xal fərqini də 5-ə endirə bilib.


Qeyd edək ki, XVI turun digər oyununda “Rabitə” “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəlib.