İdman

Azərbaycanlı gimnastlar Portuqaliyada keçiriləcək dünya kuboku yarışlarında mübarizə aparacaqlar

Metbuat.az

Lissabon, 10 mart,

AZƏRTAC

Martın 25-30-da Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.


Yarışlarda ölkəmizi böyüklərdən və yeniyetmələrdən ibarət qrup hərəkətləri komandaları təmsil edəcəklər. Bundan başqa, fərdi yarışlarda senior gimnastlar Marina Durunda, Gülsüm Şəfizadə, yunior atletlərdən isə Jalə Piriyeva və Veronika Qudis mübarizə aparacaqlar.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon