İdman

Azərbaycanlı futbolçu Rusiya millisində iki qol vurdu

Metbuat.az

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundu çərçivəsində növbəti oyunlar keçirilir.



ANS PRESS-in məlumatına görə, Rusiya millisi Litvanı qəbul edib.



Oyun Rusiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanlı futbolçusu Ramil Şeydayev meydana start heyətində çıхıb və 90 dəqiqə oynayıb. O, 47-56-cı dəqiqələrdə iki qol vuraraq komandasının qələbəsində önəmli pay sahibi olub.



Qeyd edək ki, Ramil Azərbaycan yığmasından aldığı təklifi geri çevirib.

Mənbə
ANS PRESS