İdman

​Azərbaycanla qarşılaşacaq Malta millisi Gürcüstana məğlub olub

Metbuat.az

Bakı. 25 mart. REPORT.AZ/ Martın 28-də Bakıda futbol üzrə Avropa çempionatı - 2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanın qonağı olacaq Malta millisi Gürcüstanla yoldaşlıq oyunu keçirib.


"Report" xəbər verir ki, çərşənbə günü keçirilən oyun 2:0 hesabı ilə Gürcüstan futbolçularının xeyrinə başa çatıb.


Qalib komandanın heyətində Caba Kankava və Valeri Kazaişvili fərqlənib.


Qeyd edək ki, Gürcüstan millisi martın 29-da Almaniya ilə qarşılaşacaq.


Yoldaşlıq oyunu (yığmalar).

Gürcüstan - Malta - 2:0


Qollar: Kankava, 83 (1:0); Kazaişvili, 90+2 (2:0).