İdman
Azərbaycanın U-21 komandası Kipr, Bəhreyn və Malta yığmaları ilə qarşılaşacaq
Bakı, 4 mart,
AZƏRTACFutbol üzrə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA-nın təşkilatçılığı ilə Kiprin Pafos şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
AFFA-dan
AZƏRTAC-a bildiriblər ki, turnirdə Azərbaycan millisi ilə yanaşı, Kipr, Bəhreyn və Malta yığmaları da mübarizə aparacaq.
Millimiz martın 12-də Malta, bir gün sonra Bəhreyn, martın 15-də isə Kipr komandası ilə üz-üzə gələcək.