İdman
AZƏRTAC
Azərbaycanın U-16 komandası Portuqaliyada növbəti oyununu keçirib
Bakı, 29 mart,
AZƏRTACOn altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə Rusiya komandası ilə qarşılaşıb.
AZƏRTAC
xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə başa çatıb.
Yığmamız turnir çərçivəsində növbəti oyununda Portu regionunun yığması ilə üz-üzə gələcək.