İdman

Azərbaycanın buzadırmanma üzrə yığma komandası Rusiyanın Kirov şəhərinə yola düşüb

Metbuat.az

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycanın buzadırmanma üzrə yığma komandası 6-8 mart 2015-ci il tarixlərində Rusiyanın Kirov şəhərində keçiriləcək sürət üzrə buzadırmanma üzrə dünya çempionatında (UİAA İce Climbing World Cup and World Championships (Speed) Russia 2015) iştirak edəcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAİREX) Trend-ə verilən məlumata görə, çempionatda ölkəmizi federasiyanın 7 nəfərlik nümayəndə heyəti təmsil edəcək.

Kişilər və qadınlar arasında sürət üzrə üç gün davam edəcək yarışlarda komandamızın üzvləri qüvvələrini sınayacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az