İdman

Azərbaycanın ağır atletləri İslam Həmrəyliyi İdman Federasiyalarının üçüncü çempionatında iştirak edəcəklər

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

Martın 10-dan 18-dək Antalyada ağır atletika üzrə İslam Həmrəyliyi İdman Federasiyalarının üçüncü çempionatı keçiriləcək.


Gənclər və İdman Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, çempionatda ölkəmizi məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında Allahyar Abışov, Məhəmməd Məmmədli, Rauf Nəbiyev, Elşad Şərifov və Həmid Qocayev təmsil edəcəklər.


Yarışda dopinq yoxlanışı Beynəlxalq Ağır Atletika Federasiyasının qaydaları əsasında aparılacaq.