İdman

Azərbaycanda futbolçuların yeməyindən ölü siçan çıxdı

Metbuat.az

Ötən gün Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb.



"Kəpəz" futbolçuları gözlənilməz hadisə ilə üzləşib.



Belə ki, komandanın bazasında qalan futbolçular bazanın yeməkxanasında biabırçı halla üzləşib.



Futbolçularının birinin yeməyindən ölü siçan çıxıb. Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Bunlardan birinin Ramil Haşımzadə olduğunu öyrənsək də, digər 3-nün adı məlum deyil.



Məlumatda klubunun bazasında qalan futbolçular üçün heç bir şəraiti olmadığı və mətbəxdə insanlardan çox siçanların olduğu, yeməklərin isə bərbad vəziyyətdə olduğu bildirilib.

Mənbə
sportal.az