İdman

Azərbaycan yığması ikinci yeri tutdu, "pley-off"a vəsiqə qazandı

Metbuat.az
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində millimizin çıxış etdiyi IV qrupun son turunun oyunları keçirilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın Ukrayna ilə keçirdiyi qarşılaşmadan sonra qrup birincisinin kimliyi bəlli olmalı idi.
 
Əvvəlcə Sərhədçi İdman Olimpiya Mərkəzində Danimarka və Belçika komandaları üz-üzə gəliblər və ikincilər qələbə qazanıb. Ardınca isə qrupun ən çox gözlənilən Azərbaycan - Ukrayna qarşılaşması baş tutub. Hər iki komanda ilk iki turdan sonra 6 xal toplamışdı. Top fərqinə görə turnir cədvəlinin ilk pilləsində qərarlaşan millimizə Avropa çempionatının final mərhələsinə adlamaq üçün heç-heçə də bəs edirdi.
 
Lakin yığmamız rəqibinə 2:3 hesabı ilə uduzaraq, qrupu ikinci pillədə tamamlayıb. Bu isə o deməkdi ki, komandamız sentyabrda digər qrupların ikincilərindən biri ilə "pley-off" oyunu keçirəcək. Ukrayna millisi isə maksimum nəticə ilə Avropa çempionatına birbaşa vəsiqə qazanıb.
 
Qeyd edək ki, yığmamız əvvəlki görüşlərdə Belçikanı 3:1, Danimarkanı isə 11:2 hesablı məğlubiyyətə uğradıb.
 
 
AVRO-2016-nın əsas seçmə mərhələsi
IV qrup
21 mart
 
Danimarka - Belçika - 3:5
Qollar: Veis, 17, 36; Falk, 39 - Kanaris, 1; Sababti, 5, 8; Rahu, 25; Çaibai, 29
 
Azərbaycan - Ukrayna - 2:3
Qollar: Eduardo, 31; Rafael, 40 - Bilotservikets, 5; Sorokin, 27; İvanyak, 33
 
1. Ukrayna      3 3 0 0 17-6 9
2. Azərbaycan 3 2 0 1 16-6 6
3. Belçika        3 1 0 2 8-15 3
4. Danimarka  3 0 0 3 7-21 0
 
Milli.Az