İdman

Azərbaycan yığması Avropa Oyunlarına İtaliyada hazırlaşır

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ "

Bakı 2015

" I Avropa Oyunlarına hazırlaşan boks üzrə Azərbaycan milli komandası İtaliyaya təlim-məşq toplanışına yollanıb. "Report"un məlumatına görə, yığma üzvləri İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.


Millinin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda 2 qat dünya, Avropa çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq), dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçular yer alıb. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin isayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunub.


Millinin 8 gün davam edəcək toplanış üçün heyəti:

49 kq: Salman Əlizadə


52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə


56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev


60 kq: Elvin İsayev


64 kq: Lorenzo Sotomayor


69 kq: Tamerlan Abdullayev


75 kq: Xaybulla Musalov, Kamran Şahsuvarlı


81 kq: Rauf Rəhimov


+91 kq: Məhəmmədrəsul Məcidov


Qeyd edək ki, Azərbaycan yığması bunadək Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə milli Avropa Oyunlarına test xarakteri daşıyan “Ipək Yolu” turnirində mübarizə aparacaq.