İdman

​Azərbaycan yığma komandası Portuqaliyaya məğlub olub

Metbuat.az

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun II qrupunun növbəti oyunları keçirilib. "Report"un məlumatına görə, Azərbaycan yığması portuqaliyalı həmyaşıdları ilə qüvvəsini sınayıb.


Xorvatiya ilə keçirilən ilk oyunda qapısında 4 top görən Mirbağır İsayevin rəhbərlik etdiyi komanda bu dəfə də meydanı məğlub tərk edib - 0:3.


Digər görüşdə isə Xorvatiya Serbiya üzərində 3:0 hesablı qələbə qazanıb.


Qeyd edək ki, Azərbaycan yığması 2 oyunun nəticəsinə əsasən qrupun son pilləsində qərarlaşıb.