İdman
Azərbaycan taekvondoçuları “Qatar Open” beynəlxalq turnirində uğurla çıxış ediblər
Bakı, 7 mart,
AZƏRTAC
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası G1 kateqoriyalı “Qatar Open” beynəlxalq turnirində iştirak edir.
Azərbaycan Taekvondo Federasiyasından
AZƏRTAC-a bildiriblər ki, turnirdə 11 taekvondoçu ilə təmsil olunan komandamızın üzvlərindən Radik İsaev 87 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər idmançımız Kamil Abdulrazakov (63 kq) isə gərgin keçən final döyüşündə rəqibə qızıl xalda məğlub olaraq turniri ikinci pillədə başa vurub.