İdman
AZƏRTAC
Azərbaycan şahmatçısı “Reykyavik Open-2015” beynəlxalq turnirində üçüncü pilləyə yüksəlib
Bakı, 18 mart,
AZƏRTACİslandiyada keçirilən “Reykyavik Open-2015” beynəlxalq şahmat turnirinin başa çatmasına bir tur qalıb.
AZƏRTAC
xəbər verir ki, turnirin doqquzuncu turunda təmsilçilərimizdən Şəhriyar Məmmədyarov polşalı Yacek Stopa üzərində qələbə qazanaraq 7 xalla üçüncü pilləyə yüksəlib. Zeynəb Məmmədyarova bu turda aktivinə xal yaza bilməyib.
Sonuncu turda Ş.Məmmədyarovun rəqibi Hindistan təmsilçisi Abhiyet Qubta olacaq. Z.Məmmədyarova isə belçikalı Yen–Xristofe Syari ilə qarşılaşacaq.